Meşə yanğınları ABŞ-ı cənginə alıb - VİDEO

ABŞ-ın qərbində tüğyan edən meşə yanğınları təxminən 470 min hektar ərazini əhatə edib

ABŞ-ın qərbində tüğyan edən meşə yanğınları təxminən 470 min hektar ərazini əhatə edib.

"RİA Novosti" agentliyi xəbər verir ki, bu barədə ABŞ-ın Milli İdarələrarası Yanğın Mərkəzi məlumat yayıb.

Son məlumata əsasən, meşə yanğınları 13 ştatın ərazisini əhatə edib. Ən təhlükəli yanğın ocaqları Montana, Aydaxo, Kaliforniya və Oreqon ştatlarında yerləşir.

Hazırda ABŞ-da alovla mübarizəyə 20 min yanğınsöndürən cəlb edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31