Pakistanın şimal-şərqindəki Pəncab əyalətində sərnişin avtobusunun qoşqulu yük avtomobili ilə toqquşması nəticəsində azı 27 nəfər ölüb, 30-dan çox insan yaralanıb.
Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, yaralılar xəstəxanaya yerləşdirilib. Qeyd olunur ki, sərnişin avtobusu Rajanpur şəhərindən Sialkot şəhərinə doğru hərəkət edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31