Şarl Mişel Azərbaycandan Gürcüstana getdi

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Gürcüstana səfər edib.

Olaylar.az  xəbər verir ki, Ş. Mişelin təyyarəsi Batumi Beynəlxalq hava limanında yerə enib.

Məlumata əsasən, Şarl Mişeli hava limanında bir neçə gürcü jurnalist qarşılayıb. Jurnalistlər hava limanına üzərində bu yaxınlarda dünyasının dəyişmiş operator Lekso Laşkaravanın şəkili olduğu plakatlarla gəliblər. Şarl Mişel deyib: "Əlbəttə, digər rəylər və narahatlıqlar var. Onlar aydınlaşdırılmalıdır. Bununla biz dialoqu, qarşılıqlı anlaşmanı nəinki Ermənistanla, eləcə də aidiyyəti olan digər ölkələrlə təşviq etmək istəyirik. Beləliklə, təmasların qurulması səylərinə dəstək verə bilərik. Ümidvaram ki, mən bu məsələni, həmçinin sabah Gürcüstanın hakimiyyət orqanları ilə müzakirə edəcəyəm". Qeyd edək ki, bu Şarl Mişelin bu il Gürcüstana etdiyi üçüncü səfərdir. Mişel Gürcüstana səfərdən əvvəl Ermənistan və Azərbaycana da səfər edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31