Britaniyada daha 48 min nəfərdə koronavirus aşkarlanıb
Böyük Britaniyada son sutka ərzində 48 161 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 5 433 939 nəfərə çatıb
19 İyul 2021 08:12 DünyaBöyük Britaniyada son sutka ərzində 48 161 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 5 433 939 nəfərə çatıb.
APA-nın Britaniya müxbirinin verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.
Son sutka ərzində 25 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 128 708 nəfərə çatıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31