Olimpiya kəndində ilk yoluxma: Futbolçularda COVID aşkar olunub
Tokiodakı Olimpiya kəndində ilk koronavirusa yoluxma halları aşkar edilib
18 İyul 2021 18:59 DünyaTokiodakı Olimpiya kəndində ilk koronavirusa yoluxma halları aşkar edilib.
Bu barədə "Kyodo" məlumat yayıb.
Məlumata görə, yoluxan üç nəfərdən ikisi futbol üzrə CAR millisinin üzvləri, digəri isə yığmanın videoanalitikidir.
Hazırda onların qaldıqları hotel nömrələrində təcrid olunduqları bildirilib.
Məlumatları CAR Futbol Federasiyası da təsdiqləyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31