ABŞ-da atışma olub, 2 nəfər ölüb
18 İyul 2021 11:49 DünyaABŞ-ın Sakramento şəhərində (Kaliforniya ştatı) baş verən atışma nəticəsində ən azı iki nəfər öldürülüb.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə yerli polis idarəsinin saytında deyilir.
Hüquq-mühafizə orqanlarının əməkdaşları atışma nəticəsində daha dörd nəfərin yaralandığını bildirib. Hadisə yerində bir neçə odlu silah tapılıb.
Polis hadisəni araşdırır. İlkin məlumata əsasən atışmaya iki qrup arasında baş verən qarşıdurma səbəb olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31