Suriyada terrorçular zərərsizləşdirildi

Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlıları Suriyanın şimal-şərqində PKK terror təşkilatının qanadı YPG-nin 7 döyüşçüsünü zərərsizləşdirib.

Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlıları Suriyanın şimal-şərqində PKK terror təşkilatının qanadı YPG-nin 7 döyüşçüsünü zərərsizləşdirib.

"Anadolu" agentliyi xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib.

Məlumata görə, PKK/YPG terrorçuları "Barış pınarı" əməliyyatı zonasına girməyə çalışıb, amma vaxtında aşkar ediliblər və xüsusi təyinatlı dəstənin döyüşçüləri tərəfindən zərərsizləşdiriliblər.

PKK terrorçuları ötən əsrin 80-ci illərinin ortalarında Türkiyədə bir sıra terror aktları həyata keçiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31