Rusiyada bir gündə 799 nəfər COVID-19-dan öldü

Rusiyada koronavirusdan ölənlərin sayı artmaqda davam edir. Ötən gün ölkə ərazisində pandemiyanın əvvəlindən ən yüksək göstərici qeydə alınıb.

Rusiyada koronavirusdan ölənlərin sayı artmaqda davam edir. Ötən gün ölkə ərazisində pandemiyanın əvvəlindən ən yüksək göstərici qeydə alınıb.

Olaylar.az xəbər verir ki, ölkədə son sutka ərzində 25 704 nəfər koronavirusa yoluxub.

Bu günədək koronavirusa yoluxanların sayı 5,9 milyon nəfəri ötüb.

Eyni zamanda, ötən gün Rusiyada 799 nəfər koronavirusdan ölüb.

Ölkədə koronavirusdan ölənlərin sayı 146 868 nəfərə çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31