Tbilisidə yeni doğulan körpə koronavirusdan öldü
Tbilisidə Tsitsişvili uşaq xəstəxanasında koronavirusa yoluxan üçhəftəlik körpə ölüb.
16 İyul 2021 14:52 DünyaTbilisidə Tsitsişvili uşaq xəstəxanasında koronavirusa yoluxan üçhəftəlik körpə ölüb.
Olaylar.az "Report"a istinadən xəbər verir ki, onda virusun "Alfa" ştammı aşkarlanıb.
Körpə iki həftədən çox klinikada müalicə olunub. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Tsitsişvili klinikasında COVID-19 diaqnozu qoyulan daha iki körpə müalicə olunur. İkiaylıq körpələr reanimasiya şöbəsinə yerləşdirilib
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31