Merkel: Əfqanıstanda istədiyimiz cəmiyyəti qura bilmədik
16 İyul 2021 12:12 DünyaABŞ Prezidenti Co Bayden Ağ Evdə Almaniya Kansleri Angela Merkellə ortaq mətbuat konfransında iştirak edib.
Olaylar.az xəbər verir ki, Almaniya və ABŞ-ın bir çox mövzuda əməkdaşlıq etdiyini bildirən A. Merkel, iki ölkənin Əfqanıstandakı birgə səylərinə də toxunub.
Angela Merkel Əfqanıstanda ABŞ-la uzun illər birlikdə çalışdıqlarını, terror təhlükəsini müəyyən dərəcədə nəzarətdə saxlaya bildiklərini, lakin təəssüf ki , istədikləri cəmiyyəti formalaşdıra bilmədiklərini diqqətə çatdırıb.
O, Co Baydenlə aralarında Rusiyanın "Şimal Axını 2" təbii qaz boru kəməri layihəsi ilə əlaqədar fikir ayrılıqlarının mövcud olduğunu qeyd edib. sfera
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31