Almaniya və Belçika aciz durumda: həlak olanların sayı 90-i ötüb - Yüzlərlə itkin var
Avropa ölkələrində leysan yağıntılarının törətdiyi daşqınlar nəticəsində həlak olanların sayı 90 nəfəri ötüb.
16 İyul 2021 11:01 DünyaAvropa ölkələrində leysan yağıntılarının törətdiyi daşqınlar nəticəsində həlak olanların sayı 90 nəfəri ötüb.
Olaylar.az Trend-ə istinadən bildirir ki, Almaniyada ölənlərin sayı 81 nəfər çatıb.
50 nəfər Reynland-Pfalts, 30 nəfər isə Şimali Reyn-Vestfaliya federal torpağında həyatını itirib.
Təbiət hadisəsi nəticəsində itkin düşənlərin sayının minə yaxın olduğu ehtimal edilir.
Qeyd edək ki, daşqınlar Belçika və Niderlandda da ciddi fəsadlar törədib. Belçikada 11 nəfərin həlak olduğu bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31