Britaniyanın Hind okeanındakı hərbi gəmisində koronavirusa yoluxma halları qeydə alınıb
14 İyul 2021 15:22 DünyaBöyük Britaniya Hərbi-Dəniz Qüvvələrinin "Queen Elizabeth" aviadaşıyıcısında koronavirusa yoluxma halları qeydə alınıb.
Olaylar.az Trend-ə istinadən bildirir ki, aviadaşıyıcı mayın 22-də aviadaşıyıcı zərbə qrupunun tərkibində Britaniyanı tərk edərək Hind okeanında 28 həftəlik patrul səfərinə çıxıb.
Qeyd olunur ki, gəminin heyət üzvləri arasında 100-ə yaxın yoluxma qeydə alınıb. Yoluxan şəxslər gəmidə təcridə alınıb.
Hazırda "Queen Elizabeth" aviadaşıyıcısı Hind okeanında tapşırıqların icrasını davam etdirir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31