“Beşiktaş” koronavirusa görə İspaniya səfərini ləğv etdi
Türkiyə çempionu “Beşiktaş” yeni mövsüm hazırlıqları çərçivəsində İspaniyada keçirilməsi planlaşdırılan təlim-məşq toplanışını ləğv edib.
13 İyul 2021 23:57 DünyaTürkiyə çempionu "Beşiktaş" yeni mövsüm hazırlıqları çərçivəsində İspaniyada keçirilməsi planlaşdırılan təlim-məşq toplanışını ləğv edib.
Bu barədə "Haber Global" məlumat yayıb.
Klub bu qərarı Avropada koronavirusa sutkalıq yoluxmanın yenidən yüksəlməsi ilə əlaqələndirib.
Xatırladaq ki, Türkiyə çempionu Alikante şəhərində 24 iyul-4 avqust tarixlərində təlim-məşq toplantısı keçirmək istəyirdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31