Ukrayna KİV: Daxili işlər naziri Avakov istefa ərizəsi yazıb
Ukraynanın daxili işlər naziri Arsen Avakov istefa ərizəsi yazıb
13 İyul 2021 19:18 DünyaUkraynanın daxili işlər naziri Arsen Avakov istefa ərizəsi yazıb.
Bu barədə "Vesti.ua" portalı "Xalqın xidmətçisi" fraksiyasındakı mənbəyə istinadən məlumat yayıb.
Bildirilib ki, Ukrayna parlamenti daxili işlər nazirinin istefa ərizəsini 15 iyul tarixində keçiriləcək iclasda nəzərdən keçirəcək.
Qeyd edək ki, erməni əsilli Arsen Avakov 2014-cü ildən Ukraynanın daxili işlər naziridir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31