Zaxarova Haiti Prezidentinin qətlinə münasibət bildirdi
13 İyul 2021 14:24 DünyaRusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova rəsmi Moskvanın ötən həftə prezidenti qətlə yetirilən Haitidəki vəziyyəti yaxından izlədiyini bildirib.
Olaylar.az bildirir ki, CNN-in məlumatına görə, bu işlə əlaqədar saxlanan şəxslərdən bir neçəsi FTB və DEA-nın (ABŞ-ın Narkotiklərlə Mübarizə Agentliyi) casusu olub. Amma Dövlət Departamenti bu iddianı qətiyyətlə təkzib edir.
"Son bir neçə gündə bu materialların xülasələrini alıram.Görürəm ki, Qərb tərəfdaşlarımız üçün, özü də yalnız Amerika Birləşmiş Ştatları üçün deyil, prinsipcə bütün Qərb üçün dəhşətli bir mənzərə görüntülənir", - deyə diplomat "Solovyov Live" YouTube kanalının efirində bildirib.
Zaxarova qeyd edib ki, Vaşinqtonun Haitiyə nümayəndə heyəti yollamasının əsas səbəblərindən biri Amerika özəl hərbi şirkətinin Haiti prezidentinin qətlində və ya ona sui-qəsd hazırlamaqda şübhəli bilinən şəxslərin işə qəbulu ilə əlaqəsi barədə məlumatların daxil olmasıdır.
"Razılaşın ki, əslində bu misli görünməmiş bir hadisədir",- deyə Zaxarova vurğulayıb.
"Bir tərəfdən istehza ilə soruşmaq istərdim ki, bəs sanksiyalar, G7-nin baş verənlərlə bağlı açıqlamaları haradadır?", - deyə diplomat əlavə edib.
"Amma əslində, bu, ölkəmizi törətmədiyi cinayətlərdə günahlandıran Qərb tərəfdaşlarımızın pərdə arxası işləklərini ifşa edən daha bir olaydır",-deyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi fikrini tamamlayıb.
Xatırladaq ki, Haiti Prezidenti Jovenel Moiz iyulun 7-də gecə saatlarında naməlum şəxslər tərəfindən öz evində güllələnib. Onun xanımı Martin Moiz yaralanıb və hazırda Mayami xəstəxanalarından birində müalicə olunur, onun vəziyyəti stabildir. Haiti hüquq mühafizə orqanlarının əməkdaşları 26-sı Kolumbiya vətəndaşı olduğu iddia edilən 28 cinayətkarı təsbit etdiklərini bildiriblər. Tayvan səfirliyi, öz növbəsində, 11 şübhəlinin diplomatik nümayəndəlik ərazisində saxlanıldığını xəbər verib. Ümumilikdə 17 şübhəli nəzarətə alınıb, daha yeddi nəfər polis əməliyyatları zamanı məhv edilib. sfera