Hindistanda 38 nәfәr ildırım vurmasından ölüb

Hindistanın Uttar-Pradeş vә Racastan әyalәtlәrindә ildırım vurması nәticәsindә 38 nәfәr hәyatını itirib.

Bu barәdә yerli polis mәlumat yayıb. Mәlumata görә, Racastan әyalәtindә ildırım vurması nәticәsindә 9 nәfәr ölüb, 20 nәfәr dә xәsarәt alıb. Aramsız yağışların yağdığı Uttar-Pradeş әyalәtindә isә ildırım vurması nәticәsindә 18 nәfәrin öldüyü bildirilib.

Rәsmilәr ildırım vurması nәticәsindә hәyatını itirәn vә xәsarәt alanların ailәlәrinә tәzminat verilәcәyini açıqlayıb.

Qeyd edәk ki, Cәnubi Asiyada iyun-sentyabr ayları arasında yağan leysan yağışları hәr il tәbii fәlakәt vә qәzalara sәbәb olur. Hindistanda hәr il tәxminәn iki min adam ildırım vurması nәticәsindә hәyatını itirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31