21 yaşlı ABŞ reperi canlı yayında öldürüldü!

ABŞ-ın Los Anceles şəhərində yaşayan Indian Red Boy kimi tanınan 21 yaşlı reper Zerail Dijon Rivera İnstagramda canlı yayın zamanı naməlum şəxslər tərəfindən vuruldu. 21 yaşlı reper hadisədən sonra həyatını itirib.

Rivera, 8 iyul cümə axşamı canlı yayımda dostu ilə söhbət edərkən silah səsləri eşidilib. Söhbət əsnasında qəfil atışma olduğu görülsə də, əvvəlcə vəziyyətin fərq edilmədiyi, daha sonra burnundan qan axdığı və "Kömək et" deyə qışqırdığı görüldü. Hadisə zamanı reperin telefonun əlindən düşdüyü və daha sonra dostu ilə qışqırıqları canlı yayına yansıdı.

Səlahiyyətli orqanlar tərəfindən edilən açıqlamada, hücumun planlaşdırıldığı və qətlin bir dəstə tərəfindən törədildiyi ehtimalı vurğulandı.

Polis, hücumu törədən şəxs və ya şəxsləri axtarır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31