Haitidə ölkə prezidenti Jovenel Moizi öldürməkdə şübhəli bilinən əsas şəxs yaxalanıb
12 İyul 2021 16:19 DünyaHaiti Prezidenti Jovenel Moizə qarşı sui-qəsdin əsas aktyorlarından biri olduğu iddia edilən şübhəli həbs edilib.
Bölgə mətbuatında yer alan xəbərlərə görə, təhlükəsizlik qüvvələri hadisəni araşdırmağa davam edir.
Haiti səlahiyyətliləri istintaq çərçivəsində, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Florida ştatında yaşayan Kristian Emmanuel Sanon adlı bir həkimin nəzarətə alındığını və bu şəxsin qətlinin baş plançılarından biri olduğunu bildirib.
Haiti polisi əməliyyatlar zamanı prezident Moize sui-qəsdində şübhəli bilinən 17 kolumbiyalı və ABŞ-dan Haiti mənşəli 2 şübhəlinin tutulduğunu bildirib.
Haiti polisi 6 nəfərin axtarıldığını qeyd edərək, ictimaiyyətdən təcavüzkarları tapmaq üçün polislə əməkdaşlıq etmələrini istəyib.
Qeyd edəki ki, Haiti Prezidenti Jovenel Moiz yaşadığı evə naməlum silahlıların hücumu nəticəsində qətlə yetirilib və həyat yoldaşı Martine Moise yaralanıb.
Müvəqqəti Baş nazir Klaude Joseph Moizenin evində öldürülməsindən sonra ölkədə fövqəladə vəziyyət elan edib.