Ankarada Yunus Əmrənin həyat və fəaliyyətinə həsr olunan simpozium keçirilir
Türk dünyasının iftixarı, böyük filosof Yunus Əmrənin vəfatının 700 illiyi ilə əlaqədar Ankarada “Beynəlxalq türk dilinin Anadoluda yazı dilinə çevrilməsi” mövzusunda simpozium təşkil olunub.
12 İyul 2021 16:17 DünyaTürk dünyasının iftixarı, böyük filosof Yunus Əmrənin vəfatının 700 illiyi ilə əlaqədar Ankarada "Beynəlxalq türk dilinin Anadoluda yazı dilinə çevrilməsi" mövzusunda simpozium təşkil olunub.
Simpoziumun rəsmi açılışında Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Nadir Alparslan, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Düsen Kaseinov Türk dili qurumunun rəhbəri Gürer Gülsevin, Yunus Əmrə İnsititutunun başqanı Şərəf Atəş, Atatürk Kültür, Dil və Tarix ali qurumunun başqanı Muhammət Həkimoğlunun çıxışları dinlənilib.
Tədbirin açılış nitqində Türk Dil Qurumunun rəhbəri, professor Gürer Gülsevin 2021-ci ilin Türkiyədə Yunus Əmrə ilinin elan edilməsilə bağlı qurumun nəzdində görülən işlərdən danışıb. Onun sözlərinə görə, qurumun nəzdinə türkcə ilə bağlı 38 təkrar, 66 yeni nəşr hazırlanıb, qurumun kitabxanasına 3 min 150 yeni əsər təqdim olunub ki, bunlardan 60-ı əlyazmalardır.
Yunus Əmrə İnstitutunun rəhbəri professor Şeref Ateş Yunus Əmrə yaradıcılığından danışıb. Bildirib ki, Yunus Əmrənin sözləri xalqın içindən çıxan bu alimin türk dilini estetik və yüksək səviyyəyə gətirib çıxarıb.
Üç gün davam edəcək simpoziumda görkəmli alimlər böyük filosofun həyat və fəaliyyətinə dair müzakirələr aparacaqlar.