Afyonkarahisarın incisi Frigiya vadisi turistlәrin diqqәtini cәlb edir
12 İyul 2021 16:16 DünyaTürkiyәnin Afyonkarahisar şәhәrinin İhsaniyyә qәsәbәsindәki Frigiya vadisi turistlәrin diqqәtini cәlb edir.
Afyonkarahisarın mәdәniyyәt vә turizm mәsәlәlәri üzrә müdiri Mehmet Tanır şәhәrin turizm baxımından yüksәk potensiala malik olduğunu deyib.
Xüsusilә Frigiya vadisinin turistlәrin diqqәtini cәlb etmәyә başladığını söylәyәn Mehmet Tanıt bildirib ki, bölgәni hava şarı ilә gәzmәk mümkündür. Bu hәm turistlәrin gözlәntilәrinә cavab verәcәk, hәm dә turizmә öz töhfәsini verәcәk.
Mehmet Tanır Döger bölgәsindәki Erme gölünün әtrafını da hava şarı ilә gәzmәk mümkün olduğunu qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31