Kubada hökumət əleyhinə aksiyalar davam edir

Olaylar.az saytının xarici mətbuata istinadən verdiyi məlumata görə, yüzlərlə insan paytaxt Havanadan 33 kilometr aralıda yerləşən San Antonio de los Banos qəsəbəsi başda olmaqla ölkənin müxtəlif bölgələrində küçələrə axışaraq hökumət əleyhinə aksiya keçiriblər. Nümayişçilər prezident Miguel Diaz-Canelə "Məhv olsun diktatura", "azadlıq istəyirik" kimi şüarlar səsləndirərək reaksiya veriblər. Sosial mediada əks olunan görüntülərdə nümayişçilərin "Azadlıq, qorxmuruq" deyə şuarları və törədilən talan hadisələri diqqət çəkir.

Prezident Diaz Canel, Kuba televiziya kanalı və milli radiodan müraciətlərində xalqı Kuba inqilablarını qorumağa çağırıb. O qeyd edib ki, Vətənimizin suverenliyini təslim etməyəcəyik, bütün inqilabçıları inqilabı müdafiə etmək üçün küçələrə çıxmağa çağırırıq. Amerika Birləşmiş Ştatları (ABŞ) rəhbərliyini yeni növ koranavirus (Kovid-19) pandemiyası dövründə ölkədə siyasi qeyri-sabitliyə səbəb olmaqda və sanksiyalar ilə ölkə iqtisadiyyatına zərbə endirməkdə ittiham edən prezident Diaz Canel, koronavirus epidemiyasının sürətlə yayılması səbəbindən dərman və elektrik çatışmazlığının yaşandığını vurğulayıb. Mövcud vəziyyətdə evdə qalmağın daha uyğun olacağına diqqət çəkib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31