Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Kuveytə səfər edib
12 İyul 2021 14:03 DünyaTürkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop rəsmi görüşlər keçirmək məqsədilə Küveytə səfər edib.
Mustafa Şentop Beyan Sarayında Küveyt Əmirinin vəkili və vəliəhd şeyx Meşəl Əl Cabir Əl Sabah ilə görüşəcək. Daha sonra bu ölkənin Baş naziri Şeyx Sabah Al Xalid Al Hamad Al Sabah ilə bir araya gələcək.
Şentop və onu müşayiət edən parlament nümayəndə heyəti daha sonra Küveyt Milli Məclisində Küveyt Milli Məclisinin sədri Mərzuk Əli Əl-Qənimi ziyarət edəcəklər.
Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Küveytin xarici işlər naziri və Kabinet İşləri üzrə dövlət naziri Şeyx dr. Əhməd Nasir Əl Muhammed Al Sabahı qəbul etdikdən sonra təmaslarını tamamlayacaq və 13 iyul çərşənbə axşamı günü vətənə qayıdacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31