İsrail Livandakı böhranı yaxından təqib edir
12 İyul 2021 13:51 Dünyaİsrailin baş naziri Naftali Bennett Livandakı böhranı yaxından təqib etdiklərini və "həyəcan" vəziyyətində olduqlarını bildirib.
Bennett həftəlik kabinet iclasından əvvəl verdiyi açıqlamada gündəmi qiymətləndirərək, Livanda yaşanan böhranda İranı günahlandırıb.
"İsrail vəziyyəti yaxından izləyir və həyəcan vəziyyətində olmağa davam edəcək" deyə İsrailin baş naziri qeyd edib.
Xatırladaq ki, Livanın baş naziri Həsən Diyab 6 iyul tarixində verdiyi bəyanatda ölkəsindəki iqtisadi böhran nəticəsində benzin, dərman və elektrik problemlərinə işarə edərək "fəlakətin astanasında" olduqlarını söyləmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31