İdlibdə daha bir mülki şəxs qətlə yetirildi
Əsəd rejiminin İdlibə hücumunda bir mülki şəxs öldü
11 İyul 2021 17:14 DünyaSuriyada Əsəd rejimi və tərəfdarı İranın nəzarəti altındakı terror qruplaşmalarının, İdlib Deeskalasiya Bölgəsindəki atəşkəsi pozaraq mülki yaşayış məntəqələrinə təşkil etdiyi hücumda 1 mülki şəxs öldürüldü.
"Olaylar.az" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
İdlibin cənub-şərqindəki Maarratünnuman bölgəsində yerləşdirilən rejim qüvvələri atəşkəsi pozaraq İdlibin cənubundakı M4 magistral yolundakı Mağara və Bara kəndlərinə qurudan yerə silahlarla hücum edib.
Mülki Müdafiə (Ağ Dəbilqə) qruplarından alınan məlumata görə, Cebel Zaviye bölgəsinin Bara kəndinə edilən hücumda bir vətəndaş həyatını itirib.
İdlibdəki vəziyyət
4-5 may 2017-ci il tarixlərində Türkiyə, Rusiya və İran arasında təşkil edilən Astana görüşündə İdlibin bəzi bölgələri və qonşu əyalətlər (Latakiya, Hama və Hələb əyalətləri), Homs əyalətinin şimalında, paytaxt Şamdakı Şərqi Guta və cənubda ölkənin bölgələri (Dera və Quneitra) 4 "deeskalasiya zonası" yaradıldı.
Ancaq rejim və İranın dəstəklədiyi terrorçular, Rusiyanın havadan dəstəyi ilə 4 bölgədən 3-nü ələ keçirərək İdlibə doğru yola çıxdı. Türkiyə 2018-ci ilin sentyabrında Rusiya ilə atəşkəsi gücləndirmək üçün Soçidə əlavə bir razılaşma əldə etdi.
Rusiya və rejim qüvvələri 2019-cu ilin may ayında bütün bölgəni ələ keçirmək üçün əməliyyatlara başladı və İdlib Deeskalasiya Bölgəsindəki bir çox yaşayış məntəqəsini ələ keçirdi.
Nəhayət, 5 Mart 2020-ci il tarixində Rusiyanın paytaxtı Moskvada Türkiyə ilə Rusiya arasında yeni bir razılaşma əldə edildi.
Rejim qüvvələrinin zaman-zaman pozduğu atəşkəs böyük ölçüdə qorunur. 2017-2020-ci illər ərzində Rusiya və rejim qüvvələrinin hücumları səbəbindən təxminən 2 milyon mülki şəxs Türkiyə sərhədinə yaxın bölgələrə köç etmək məcburiyyətində qalıb.