Türkiyədə qəzaya düşən avtobusda 12 nəfər öldü
Türkiyədə yol qəzasında 12 nəfər öldü
11 İyul 2021 16:09 DünyaTürkiyədə Van-Erçis magistral yolu üzərində yerləşən Karahan bölgəsində qanunsuz miqrantları daşıyan mikroavtobus qəzaya uğrayıb.
"Olaylar.az" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, gecə saatlarında baş verən qəzada 12 nəfər ölüb, 20 nəfər yaralanıb.
Yaralılar yaxınlıqdakı xəstəxanalara aparılıb.
Qeyd edək ki, İranla həmsərhəd olan Van vilayəti, Əfqanıstan və Pakistandan Türkiyə sərhədini qanunsuz keçərək AB ölkələrinə köçməyə çalışan miqrantların keçid bölgəsidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31