Koronavirusun eyni anda iki variantına yoluxmaq mümkündür
11 İyul 2021 14:30 DünyaMütəxəssislər, eyni zamanda koronavirusun iki variantına yoluxmağın mümkün olduğunu bildirdi. Braziliyadakı elm adamları 2021- ci ilin yanvarında iki nəfərin eyni vaxtda iki növ koronavirusa yoluxduğunu, bunlardan birinin nisbətən narahatedici bir variant olan Gamma olduğunu bildirdi. Portuqaliyalı tədqiqatçılar, COVID-19 infeksiyasından əziyyət çəkərkən 2-ci varianta yoluxduğu görünən 17 yaşlı bir uşağı müalicə ediblər. Belçikada mütəxəssislərin izlədiyi "iki narahatedici variant"a yoluxan 90 yaşındakı qadın huşunu itirmə səbəbi ilə xəstəxanaya yerləşdirilib. Lakin daha sonra yaranan nəfəs darlığı problemi qadının Alfa və Betta variantına eyni anda yoluxduğunu ortaya çıxarıb. Vaksin olunmadığı bildirilən qadın, mart ayında həyatını itirib. Həkimlər xəstəliyin iki fərqli insandan yoluxmasından şübhələnib.