Türkiyə 25 milyon turist qarşılayacaq
11 İyul 2021 14:25 DünyaTürkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy bu il 25 milyon turist sayına çatmağı qarşıya məqsəd qoyduqlarını bildirib. Antaliyada etdiyi çıxışında nazir deyib: "Hələ ki, yaxşı gedir. Keçən ildən daha çox daxili turizm hərəkətliliyi var. Rezervasiyalardan görürük. Xaricdən də gəlirlər. Bu il gec başlayan turizm mövsümü uzanaraq noyabr və dekabr aylarına qədər sürəcək. Turizmçilərin məhsuldar bir mövsüm keçirməsinə ümid edirik. Bura qədər Türkiyəyə təxminən 7 milyon 250 min xarici turist gəlib. İyul ayı çox yaxşı gedir, avqustun ondan da daha yaxşı yürüyəcəyini düşünürük. İyul, avqust və sentyabr aylarında, inşallah, 15, daha sonra 25 milyon turist sayına çata biləcəyimizi düşünürəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31