Elza ABŞ-ın şərq yaxasını bürüyür
11 İyul 2021 13:51 DünyaAtlantik okeanından başlayan ilin ilk tropik fırtınası Elza Amerika Birləşmiş Ştatlarının şərq yaxasındakı əyalətlərdə təsirini davam etdirir.
Floridadan 4 gün əvvəl qalxıb yayılan Elza qasırğası saatda 126 kilometrə çatan sürətilə iyulun 10-u gecəsi ölkənin şimal-şərq ştatlarına çatıb.
Elza həddindən artıq yağmur və külək şəklində Nyu-York və Nyu Cersini vuraraq ağacların aşmasına, yollarda və metro stansiyalarında su basqınlarına səbəb olub.
Olaylar.az saytının xarici KİV-lərdən aldığı məlumata görə, Delaverdən (Delaware) Massaçusets (Massachusetts) ştatına qədər 24 min ev və iş yerində elektrik kəsilməsi yaşanıb.
ABŞ Milli Qasırğa Mərkəzi Lonq-Aylend (Long İsland) üzərindən Yeni İngiltərə (New England) və Kanadaya doğru hərəkət edən Elzanın bəzi bölgələrdə daşqın və sellərə yol aça biləcəyi xəbərdarlığını edib.