Milyarder Riçard Branson kosmosa gedir!

İngilis milyarder Riçard Branson və 6 nəfərlik komandası bu gün kosmosa ilk sınaq uçuşunu edəcək. Təxminən 90 dəqiqə çəkməsi planlaşdırılan səyahətin 16.00-da başlaması gözlənilir.

Olaylar.az saytının xarici KİV-ə istinadən verdiyi xəbərə görə, keçdiyimiz günlərdə açıqlama edən Branson, "Həyəcanlanmamaq üçün 17 il gözlədim, amma həyəcanlıyam. Açıqcası, bir az da gərginəm, amma kosmosa getməzdən öncə kim gərgin olmaz ki? Ümumən qalanda həyəcanlıyam" deyə bildirib.

Kosmosa səyahət dəyərinin 250 min dollar olduğu bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31