Rusiya Myanmaya 2 milyon doza koronavirus peyvəndi satacaq
10 İyul 2021 18:08 DünyaOlaylar.az saytının xarici KİV-ə istinadən verdiyi məlumata əsasən, Myanmadakı hərbi xunta lideri Min Aung Hlaing, Rusiyanın onlara 2 milyon doza yeni növ koronavirus (COVID-19) peyvəndi verəcəyini açıqlayıb. 1 fevral çevrilişindən sonra hakimiyyətə gələn Hlaing, peyvəndlərin ölkəyə bu aydan gələcəyini bildirib. Ölkədə virus sürətlə yayılmağa davam edir ki, bu da yoluxanların sayında yeni rekordlar qırıb.
Hlaing, "Rusiya Müdafiə Naziri və Baş nazir ilə görüşümdə onlara Rusiyadan peyvənd almaq istəyimizi çatdırdım. Bunu qiymətləndirən Rusiya tələb etdiyimiz 2 milyon doza ilə bizi təmin edəcəyinə söz verdi" deyə bildirib.
Qeyd edək ki, son 24 saat ərzində Myanmada COVID-19 səbəbilə 63 ölüm və 4320 yeni yoluxma faktı qeydə alınıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31