ABŞ və Rusiya prezidentləri telefonda danışdılar

Olaylar.az saytının xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının prezidenti Co Bayden və Rusiya prezidenti Vladimir Putin Suriyadakı mühacirlərə humanitar yardım və ABŞ-da Respublikaçı Partiyanın məlumat (data) bazasına Rusiya tərəfindən edildiyi bildirilən kiber hücumları barədə danışıblar.

Ağ Evdən verilən yazılı məlumatda bildirilir: "Dövlət  başçıları  iyulun 9-da Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasında Suriyaya humanitar yardımın yekdilliklə yenilənməsinə gətirib çıxaran ABŞ-Rusiya Zirvə toplantısından sonra iki ölkənin əlaqədar qruplarının ortaq işlərini təqdirlə qarşılayıblar. Telefonda Co Bayden Vladimir Putinə ABŞ və digər ölkələrə qarşı Rusiyada fəaliyyət göstərən kompüter quldurlarına maneə törətmək üçün hərəkətə keçməli olduğunu bildirib və hakerlərin meydana gətirdiyi geniş təhdidə etiraz etməyə çağırıb, ABŞ-ın davam edən belə meydanoxumalara qarşı xalqını və infrastrukturunu qorumaq üçün lazım olan hər şeyi edə biləcəyini təkrarlayıb."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31