Ermənistanda koronavirusdan ölənlərin sayı 4542 nəfərə çatıb
10 İyul 2021 13:12 DünyaErmənistanda son sutka ərzində daha 150 nəfər yeni növ koronavirusa (COVİD-19) yoluxub, 2 nəfər ölüb.
Olaylar.az APA-ya istinadən bildirir ki, bununla da ölkədə koronavirusa yoluxanların sayı 226 285 nəfərə, ölənlərin sayı 4542 nəfərə çatıb.
Son sutka ərzində koronavirusa yoluxan və digər səbəblərdən 1 nəfər ölüb. Bununla da koronavirusa yoluxan və digər səbəblərdən ölənlərin sayı 1106 nəfər olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31