3D pişik Tokionun ən böyük reklam lövhəsini "ələ keçirdi"
9 İyul 2021 21:06 DünyaTokionun mərkəzində ən böyük reklam lövhələrinin birində nümayiş etdirilən nəhəng 3D pişik diqqətləri özünə cəlb edib Reklam lövhəsi sıx alış-veriş və ticarət mərkəzi kimi tanınan Shinjuku qatar stansiyasının şərq çıxışının üstündədir. Reklamlar arasında göstərilən hiper-realist pişik, Shinjuku bölgəsindəki 1664 kvadrat metrlik əyri LED ekranında 4K çözünürlükdə canlanır. Səhər saat 7-dən 1-ə qədər yayımlanan video gün ərzində dəyişir. Yaponiyanın paytaxtının üzərində gəzən Calico pişiyi əvvəlcə səhər oyanaraq qorxuya düşür, günortadan sonra ayaq üstə durub yüksək səslə miyoldayaraq gəzir. Axşam isə başını pəncələrinə söykəyib yuxuya gedir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31