Yaponiyada yenidən fövqəladə vəziyyət elan edildi
9 İyul 2021 21:03 DünyaYaponiyada yeni tip COVİD-19 epidemiyası səbəbindən paytaxt Tokioda avqust ayının sonuna qədər fövqəladə vəziyyət tətbiq ediləcək. Yaponiyanın Baş naziri Suqa Yoşihide mətbuat konfransında qeyd edib ki, COVİD--19 əleyhinə mübarizə çərçivəsində 22 avqusta qədər fövqəladə vəziyyət tətbiq ediləcək. Qərarın COVİD-19 Məsləhət Şurasının tövsiyəsi ilə qəbul edildiyini ifadə edən Suqa Yoşihide fövqəladə vəziyyət tətbiq ediləcək ərazilərdə hadisə sayını azaltmağı məqsəd götürdüklərini vurğulayıb.COVİD-19 tədbirləri üzrə Kabinet Üzvü Nişimura Yasutoşi də təşkil etdiyi mətbuat konfransında, vaksinasiya yayğınlaşana qədər yay mövsümündə və festivallarda insan sıxlığını azaltmağı planlaşdırdıqlarını bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31