İsrail qüvvələri İordan çayının Qərb sahilində 11 fələstinlini yaralayıb
9 İyul 2021 20:57 Dünyaİsrail qüvvələrinin işğal altındakı İordan çayının Qərb sahilində nümayiş keçirən fələstinlilərə hücum etməsi nəticəsində 11 nəfər yaralanıb.
Olaylar.az saytının xarici KİV-ə istinadən verdiyi məlumata əsasən, Fələstin Qızıl Aypara Cəmiyyətinin açıqlamasında Nablusun cənub-şərqindəki Kusra bölgəsində İsrail qüvvələrinin rezin güllələrlə yaralanan 11 nəfəri ilə gözyaşardıcı qazdan təsirlənən 20 nəfərə müdaxilə edildiyi bildirilib.
İsrail qüvvələrinin Nablusun cənubundakı Beyta qəsəbəsinə müdaxiləsi zamanı gözyaşardıcı qazdan təsirlənən 6 nəfərin müalicə olunduğu məlumatı verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31