Türkiyədə daha 3 terrorçu zərərsizləşdirilib

İraqın şimalındakı Hakurk bölgəsində aşkarlanan PKK terror təşkilatının üç üzvü  hava əməliyyatı nəticəsində zərərsizləşdirilib. Milli Müdafiə Nazirliyinin "Twitter" hesabında bildirilib ki, Türkiyə Silahlı Qüvvələri və Milli Kəşfiyyat Təşkilatının koordinasiyalı fəaliyyəti nəticəsində daha bir uğurlu əməliyyat həyata keçirilib İraqın şimalındakı Hakurk bölgəsində aşkarlanan 3 PKK terrorçusu hava əməliyyatı ilə zərərsizləşdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31