Elza tropik qasırğası  Nyu- Yorka yaxınlaşır

ABŞ-ın Florida ştatında yaranan Elza qasırğası  Nyu- Yorka yaxınlaşır. Güclü  küləyin sahilə doğru daha da artdığı  bildirilir. New Jerseydən Massachusettsə qədər fırtına xəbərdarlığı verilib. Qasırğa səbəbi ilə Nyu-Yorkda bəzi yolları və bir metro stansiyasını su basıb. Metro stansiyasında suyun səviyyəsinin bel yüksəkliyinə çatdığı bildirilir. Tropik qasırğa  ABŞ-ın Florida ştatında ən az bir nəfərin ölümünə səbəb olub. Qasırğa eyni zamanda Georgia əyalətində bir parka ziyan vurub. Parkda xəsarət alan 10 nəfər xəstəxanaya yerləşdirilib, ərazidəki bəzi binalara ciddi ziyan dəyib. 35 min ev və iş yerlərində elektrik kəsintisi yaşanıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31