Rusiyada daha 15 terrorçu saxlanıldı
7 İyul 2021 16:32 DünyaRusiya Federal Təhlükəsizlik Xidməti (FSB) tərəfindən Penza, Ufa və Çelyabinskdə ölkədə terror təşkilatı olaraq tanınan "Hizb ut-Tahrir" təşkilatının dörd hücrəsi zərərsizləşdirilib.
Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, əməliyyat zamanı 4 rəhbər şəxs və təşkilatın 11 fəal iştirakçısı saxlanılıb.
FSB-nin məlumatına görə, saxlanılan şəxslər terror təşkilatlarının xarici emissarların göstərişləri ilə Rusiya ərazisində terrorizm ideologiyasının yayılması üzrə məqsədyönlü şəkildə fəaliyyət göstəriblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31