Kamçatkada təyyarənin qəzaya uğradığı yerdə 19 nəfərin meyiti tapılıb
7 İyul 2021 15:54 DünyaXilasedicilər Kamçatkada An-24 təyyarəsinin qəzaya uğradığı yerdə 19 nəfərin cəsədini tapıblar.
Bu barədə Rusiya Fövqəladə Hallar Xidmətindən məlumat veriblər.
"İndiyədək xilasedicilər 19 nəfərin meyitini aşkar ediblər. Ola bilər ki, onların çoxunun şəxsiyyətini müəyyən etmək üçün genetik ekspertiza tələb olunacaq. Hələlik yalnız 1 nəfərin şəxsiyyətini müəyyən etmək mümkün olub", - agentliyə bildiriblər.
Qeyd edək ki, təyyarədə olan 22 sərnişin və 6 ekipaj üzvü ölüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31