Tibb bacısı hər kəsin gözü önündə özünü doğradı - Video
Türkiyənin Konya şəhərində bir tibb bacısı özünə bıçaqla xəsarət yetirib.
7 İyul 2021 12:47 DünyaTürkiyənin Konya şəhərində bir tibb bacısı özünə bıçaqla xəsarət yetirib.
Olaylar.az xəbər verir ki, 40 yaşlı tibb bacısı Dilək T. balkonunun yanındakı beton parçasının üzərinə çaraq bıçaqla bədəninin müxtəlif nahiyyələrini kəsməyə başlayıb. Ətrafdakı insanların zəngi ilə əraziyə gələn polis əməkdaşları qadın sakitləşdirməyə çalışdıqca, qadın özünə daha çox xəsarət yetirib.
Tibb bacısı ilə 2 saatlıq söhbətdən sonra polis əməkdaşlarının tutduğu təhlükəsizlik yastığının üzərinə tullanıb. Hazırda xəstəxanada müalicə alır.
metbuat.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31