Ermənistanda COVID-19-a yoluxanların sayı 225661-ə çatıb
6 İyul 2021 16:50 DünyaErmənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 55 yoluxma halı qeydə alınıb.
Olaylar.az APA-ya istinadən bildirir ki, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 225661-ə çatıb.
Son 24 saat ərzində ölkədə koronavirusdan 3 ölüm halı qeydə alınıb, bununla da Ermənistanda infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 4530 nəfərə çatıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31