Paşinyan Rusiyaya gedir
6 İyul 2021 16:20 DünyaErmənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan iyulun 7-də Rusiya Federasiyasına işgüzar səfər edəcək.
Olaylar.az xəbər verir ki, məlumatı "Aysor" yayıb.
Bildirilib ki, Moskvada Rusiya prezidenti Vladimir Putinlə Nikol Paşinyan arasında görüş olacaq.
Tərəflərin Rusiya-Ermənistan strateji əməkdaşlığa dair məsələləri, 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanatın icrası vəziyyətini müzakirə edəcəkləri gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31