Hulusi Akar: “Kabil aeroportunda Türkiyənin təhlükəsizliyinin təminatı ilə bağlı qərar yoxdur”

"Kabildə Həmid Kərzai Beynəlxalq Hava Limanının istifadəsi və təhlükəsizliyinin təmini ilə bağlı qərar yoxdur, hazırda danışıqlar davam edir".

Olaylar.az APA-ya istinadən bildirir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.

Əfqanıstanı "Asiyanın ürəyi" və əhəmiyyətli bir ölkə olaraq dəyərləndirən nazir deyib ki, Türkiyə ordusu 6 ildir NATO-nun "Qətiyyətli dəstək" missiyası çərçivəsində Həmid Kərzai Beynəlxalq Hava Limanında fəaliyyət göstərir: "Türkiyə Silahlı Qüvvələri hazırda vəzifəsinə Kabil Təlim-Tədris Dəstək Məsləhət Komandanlığı səviyyəsində icrasına davam edir".

Qeyd edək ki, keçən ayın 24-də ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) nümayəndə heyəti Kabildə Həmid Kərzai Beynəlxalq Hava Limanının təhlükəsizliyinin təmin edilməsində Türkiyənin rolu müzakirə etməklə bağlı Türkiyədə səfərdə olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31