Fransa Azərbaycanın mina xəritələri müqabilində 15 ermənini azad etməsini alqışlayır
6 İyul 2021 13:36 DünyaFransa Azərbaycanın Füzuli və Zəngilan rayonlarının mina xəritələrinin verilməsi müqabilində 15 saxlanılan ermənini azad etməsini alqışlayır.
Bu barədə Fransanın Azərbaycandakı səfirliyinin bəyanatına istinadən məlumat verilir.
Qeyd olunub ki, bu mübadilə regionda gərginliyin azaldılması üçün vacib jestdir və tərəflər arasında etimadın bərpasına xidmət edir:
"Fransa ATƏT Minsk qrupunun həmsədrliyi çərçivəsində tərəfdaşları ilə birgə bu müsbət dinamikanı davam etdirməyə çağırır və tərəflərlə birgə Cənubi Qafqazda möhkəm sülh quruculuğu işinə sadiqliyini ifadə edir". trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31