Nigeriyada liseydən 140 şagird qaçırıldI

Olaylar.az türk mediasına istinadən bildirir ki,Nigeriyanın Kaduna ştatının Damişi şəhərində naməlum silahlı şəxslər tərəfindən Bethel Baptist liseyindən 140 şagird qaçırılıb. Cinayətkarlar liseyin hasarından aşaraq bu əməli törədiblər. Hücum zamanı 25 şagird onların əlindən qaçmağı bacarıb. Qeyd edilir ki, son zamanlar ölkədə təhsil ocaqlarına bənzər hücumların sayı artmaqda davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31