Gürcüstanda son iki gündə koronavirusdan 26 nəfər ölüb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 838 yoluxma halı qeydə alınıb, son iki gün ərzində isə 26 nəfər xəstəlikdən ölüb.

Olaylar.az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin mətbuat xidmətinin məlumatında bildirilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 369 886, ölənlərin sayı isə 5 373 nəfərə çatıb. Virusa yoluxanlardan 355 127 nəfərin sağaldığı bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31