Zelenski Samir Allahverdiyevi medalla təltif etdi
5 İyul 2021 15:36 DünyaUkrayna Prezidenti Vladimir Zelenski bir sıra şəxslərin orden və medallarla təltif edilməsi haqqında Fərman imzalayıb.
Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, təltif edilənlər arasında Ukraynada yaşayan soydaşımız da var. Vladimir Zelenskinin Fərmanı ilə Ukrayna Baş Prokuror Ofisi Departamentinin şöbə müdiri Samir Şirxan oğlu Allahverdiyev "Xidmətə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.
Qeyd edək ki, Samir Allahverdiyev uzun müddətdir Ukrayna hüquq mühafizə orqanlarında çalışır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31