Fillipində təyyarə qəzaya uğradı: 50 hərbçi öldü
5 İyul 2021 15:24 DünyaFillipində içərisində 96 hərbiçinin olduğu təyyarə eniş zolağında qəzaya uğrayıb.
Olaylar.az xəbər verir ki, Filippində içərisində 96 hərbiçinin olduğu təyyarə Sulu əyalətinə bağlı Jolo adasına enərkən qəzaya uğrayıb. Hadisə ilə bağlı Filippin ordusu adından açıqlama verən General-mayor Edgard Arevalo, baş verən qəzadan 47 hərbi personalın xilas olduğunu, 50 nəfər hərbçinin isə həyatını itirdiyini bildirib.
Baş verən qəzanın Filippin Hava Qüvvələrinin son 30 ildə ən böyük qəzası olaraq tarixə düşdüyü qeyd edilib. Qəza zamanı dünyasını dəyişən əsgərlərin Əbu Səyyaf terror təşkilatının militanları ilə mübarizədə iştirak etmək üçün təlimlərini yeni tamamladıqları bildirilib.
Bundan başqa qəzaya uğrayan təyyarənin militanlarla mübarizə aparmaqda dəstək məqsədilə Amerika ordusu tərəfindən Filippin ordusuna bağışlandığı məlum olub.
Qəza ilə bağlı istintaq davam edir. Filippin rəsmiləri qəzanın terror hadisəsi olması şübhəsi üzərində dayandıqlarını diqqətə çatdırıblar. azadinfo