Trampın sosial şəbəkəsi “hack” edildi - İşə salındığı gün...
5 İyul 2021 12:50 DünyaABŞ-ın keçmiş prezidenti Donald Trampın komandası tərəfindən yaradılan yeni "Gettr" sosial şəbəkəsi "hack" edilib.
Olaylar.az xəbər verir ki, bu barədə "Business Insider" yazıb. Verilən məlumata görə, "hack" edilmiş hesablarda eyni mesaj göstərilib: "@JubaBaghdad burada olub" və "Fələstini azad et". Məlumat üçün bildirək ki, "Twitter"ə alternativ olaraq yeni "Gettr" sosial şəbəkəsinə Trampın keçmiş sözçüsü və məsləhətçisi Yason Miller rəhbərlik edir.
Sosial şəbəkə Twitter kimidir. İstifadəçilər şəxsi məlumatlarını hətta oradan da köçürə bilərlər. Trampın onsuz da sosial şəbəkədə hesabı var, lakin hələ heç bir qeyd etməyib. Veb sayt hələ doğrulama qaydalarını elan etmədiyi üçün həmin hesabın həqiqətən keçmiş prezidentə məxsus olub olmadığını söyləmək çətindir. Yeni sosial şəbəkə barədə hələ də ilkin açıqlama verilməyib. metbuat.az