Xilasedicilər Holo adasında Filippin Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin qəzaya uğradığı yerdə 42 hərbi qulluqçu və 3 mülki şəxsin cəsədini tapıblar.
Trend xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi bildirib.
Bildirilib ki, beş hərbi qulluqçu itkin düşmüş hesab olunur.
CNN Philippines telekanalının verdiyi məlumata əsasən, sağ qalan 49 əsgərdən 32-si müalicə üçün Zamboanga şəhər xəstəxanasına köçürülüb.
"C-130" hərbi təyyarənin qəzaya uğradığı yerdə axtarış işləri hələ də davam edir.